İdman 28.10.2025

Bahis qalmaqalında MHK sədri ittihamı

Bahis qalmaqalında MHK sədri ittihamı

Türkiyə futbolunda bahis şoku: Hakimlər arasında bahis oynayanlar aşkarlanır

Türkiyə futbol ictimaiyyətini sarsıdan bahis qalmaqalı gündəmdən düşmək bilmir. İddialar getdikcə daha da ciddiləşir.

Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri İbrahim Hacıosmanoğlunun "Peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimin 371-nin bahis hesabı var. Onlardan 152-si aktiv şəkildə bahis oynayır" açıqlaması bomba effekti yaratdı. Klublar dərhal məsələnin araşdırılmasını və adların açıqlanmasını tələb etdi.

Mərkəzi Hakimlər Komitəsinin sədri də bahis saytına üzv imiş

Jurnalist Murat Ağırel iddia edib ki, Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdunun da bahis saytında üzvlüyü aşkarlanıb.

Bahis qalmaqalı ilə bağlı yayımlanan proqramda danışan Murat Ağırel bunları deyib:

"Mən bu barədə rəsmilərdən soruşdum, məlum oldu ki, MHK sədri də bahis saytının üzvüdür. Mənə bunun ekran görüntülərini göndərdilər. Mən də həmin görüntüləri federasiya rəsmilərinə göndərərək soruşdum ki, bu doğrudurmu? Deyəsən, doğrudur..."

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz