İdman 20.10.2025

Liverpul darmadağın oldu, 10 ildən sonra ilk belə hal qeydə alındı

Liverpul darmadağın oldu, 10 ildən sonra ilk belə hal qeydə alındı

"Qırmızı şeytanlar" "Liverpul"u "Enfild"də məğlub etdi

İngiltərə Premyer Liqasının 8-ci turunda "Liverpul" və "Mançester Yunayted" komandaları üz-üzə gəlib.

"Enfild" stadionunda baş tutan mübarizədə "Mançester Yunayted" 2-1 hesabı ilə qələbə qazanıb.

"Mançester Yunayted"ə qələbə gətirən qolları 2-ci dəqiqədə Brayan Mbeumo və 84-cü dəqiqədə Harri Maquayr vurub. "Liverpul"un yeganə qolunu isə 78-ci dəqiqədə Kodi Qakpo atıb.

"Liverpul" ardıcıl dördüncü məğlubiyyətini yaşadı

Arne Slotun rəhbərlik etdiyi "Liverpul" komandası ardıcıl dördüncü dəfə məğlub olub.

"Qırmızı şeytanlar" bu qələbədən sonra 10 il sonra "Liverpul"un stadionu "Enfild"də liqa oyununda qalib gəlib.

Qakponun zərbələri dirəkdən keçmədi

"Liverpul"un hollandiyalı ulduzu Kodi Qakpo "Mançester Yunayted"lə qarşılaşmada 3 dəfə dirəyə dəyib.

"Mançester Yunayted"in qapıçısı Altay Bayındır matçı ehtiyat oyunçular skamyasında başa vurub.

Bu nəticədən sonra "Mançester Yunayted" xallarının sayını 13-ə yüksəldib. "Liverpul" isə 15 xalda qalıb.

İngiltərə Premyer Liqasının növbəti turunda "Mançester Yunayted" "Brayton"u qəbul edəcək. "Liverpul" isə "Brentford" səfərinə yollanacaq.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz