Beşiktaş rəhbərliyindən yayın haqqı narazılığı
Beşiktaş İdarə Heyətinin Baş Katibi Uğur Fora, "Trendyol Super Liqanın yayın haqlarını əlində tutan "bein SPORTS" futbol komandamızın sabah Tüpraş Stadionunda "Gençlerbirliği" ilə oynayacağı matçı ikinci kanalından yayımlayacağını ictimaiyyətə elan edərək klubumuza qarşı bir daha ayrımcılık etmişdir. Beşiktaş, Türkiyənin ən böyük klubudur və matçları hər zaman birinci kanalda yayımlanır. Bunun əksi düşünülə bilməz, heç bir səbəb bu vəziyyəti haqlı çıxara bilməz" ifadələrini işlədib.
"Hakimlərdən sonra ən böyük problem yayın quruluşudur"
Türk futbolunun "hakimlərdən sonra ən böyük probleminin yayın quruluşu olduğunu" iddia edən Uğur Fora, "Yayın quruluşu, keçmişdən bu yana hər keçən gün artan bir dozada, matçlarımızda lehimizə olan epizodların təkrarını israrla göstərməməkdədir. Yayın quruluşunu klubumuza qarşı tutduğu mənfi mövqedən dərhal vaz keçməyə dəvət edirik. Tərəfdarlarımız arxayın olsun. Beşiktaşın haqqını bu günə qədər hər platformada müdafiə etdik, bundan sonra da bütün gücümüzlə müdafiə etməyə davam edəcəyik" qiymətləndirməsində bulunub.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz