Futbol dünyasını silkələyən bahis qalmaqalı yalnız hakimlərlə məhdudlaşmır.
Türkiyə Futbol Federasiyasının (TFF) açıqlamasına əsasən, TFF Hüquq Müşavirliyi 7-si yüksək dərəcəli hakim, 15-i yüksək dərəcəli köməkçi hakim olmaqla, ümumilikdə 152 hakimi bahis oyunlarında iştirak etdikləri üçün intizam komitəsinə göndərmişdi. Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərilən yüksək dərəcəli hakimlər arasında FİFA kokartlı Zorbay Kiçiklə yanaşı, Egemen Artun, Mehmet Ali Özər, Melih Kurt, Muhammed Selim Özbek, Seyfettin Alper Yılmaz və Yunus Dursun da var.
TFF-nin bu addımı futbol ictimaiyyətində şok effekti yaratmışdır.
## Yeni ittihamlar: Klub rəhbərləri və futbolçularTürk futbolunda baş verən bu gözlənilməz hadisədən sonra diqqət futbol ailəsinin digər üzvlərinə yönəlib. İddialara görə, bahis qalmaqalı yalnız hakimlərlə məhdudlaşmır. Şike qalmaqalında 3700 fəaliyyətdə olan futbolçunun yanında klub prezidentləri və idarəçilərinin də adı hallanır. Futbolçular və idarəçilərlə bağlı Peşəkar İntizam Qurumuna göndərişlərin gələn həftə edilməsi gözlənilir.
Bu iddialar təsdiqini tapacağı təqdirdə, Türkiyə futbolunda daha bir böyük şike və bahis qalmaqalı yaşanacaq.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz